Fransa prezidenti Fransua Olland amerikalı həmkarı Barak Obama ilə Yunanıstanın iqtisadi böhrandan çıxma yollarını müzakirə edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Bildirilib ki, liderlər arasında keçən telefon danışığı zamanı Yunanıstana görə Fransa və ABŞ nümayəndələrinin danışıqları davam etdirməsi vurğulanıb. Həmçinin Yunanıstanda maliyyə sabitliyini təmin etməyin variantları da müzakirə edilib.
Qeyd edək ki, Yunanıstan hökumətinin beynəlxalq kreditorlarla apardığı danışıqlar nəticə verməyib. Danışıqlar zamanı tərəflər arasında dövlət sektorunda pensiya islahatı, əmək qanunvericiliyi, vergi məcəlləsi, maaş siyasəti və investisiya sahəsində ciddi fikir ayrığılı yaranıb.
Yunanıstan Beynəlxalq Valyuta Fondundan (BVF) götürdüyü 1.6 milyard avronu iyunun 30-na qədər geri qaytarmayacağı təqdirdə ölkəni defolt təhlükəsi gözləyir.
Aqşin Kərimov