Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edərək “Soyğunçuluğa yox!” təşəbbüsü ilə aksiya keçirənlər mübarizəni daha geniş formatda davam etdirəcəklər.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə təşəbbüsün koordinatoru Artur Köçəryan bəyan edib.
O, əlavə edib ki, küçə mübarizə formasi davam edəcək, hüquqi və iqtisadi qrup formalaşdırlacaq, ictimai müzakirə başlayacaq: “Serj Sərkisyanın bəyanatı bizi təmin etmir, ona görə bizim tələblərimizin yerinə yetirilməsini tələb edirik. Tələb edəcəyik ki, iyunun 23-də dinc nümayişçilərə qarşı güc tətbiq edən polislər cəzalandırılsınlar.”
Aksiya hazırda Yerevanın “Azadlıq” meydanında davam edir.Modern.az