Modern.az

Kanadadan Rusiyaya qarşı yeni SANKSİYA

Kanadadan Rusiyaya qarşı yeni SANKSİYA

Təhsil

29 İyun 2015, 23:45


Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib. Modern.az  xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kanadanın baş naziri Stiven Harper məlumat verib.

O bildirib ki, sanksiyalar 3 Rusiya vətəndaşına və 14 hüquqi şəxsə şamil edilib.  

Hökumət başçısı həmçinin  Rusiyanın Krımı işğal etməsinə görə Moskva barəsində idxal-ixrac məhdudiyyətlərinin tətbiq olunacağını da diqqətə çatdırıb.  

“Biz öz partnyorlarımızla prezident Vladimir Putini Ukraynanın şərqinə müdaxiləni dayandırmağa və separatçılara hərbi dəstəyə son qoymağa çağırırıq”,-deyə Stiven Harper bildirib  

Lakin o, sanksiya tətbiq edilən şəxs və şirkətlərin adlarını açıqlamayıb.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım