Modern.az

Nikolya Sarkozinin oğlu dağıstanlı qızla görüşür

Nikolya Sarkozinin oğlu dağıstanlı qızla görüşür

30 İyun 2015, 09:51

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin böyük oğlu Pyer əslən Dağıstandan olan, avstriyalı model Aminat Mirzaxanova (daha çox Amina Daqi ləqəbi ilə tanınır)  görüşür. Modern.az-ın xarici KİV-ə istinadən bildirir ki, 30 yaşlı Pyer Sarkozi və 19 yaşlı Aminanın münasibətləri haqda ilk dəfə Avstriya mediası məlumat yayıb. Məlum olan budur ki, onlar “Rots Karlton” otelində keçirilən bir tədbirdə tanış olublar. Qız jurnalistlərlə söhbətində fransalı siyasətçinin oğlu ilə dostluğu barədə şayiələri təsdiqləyib: “Onun fransalı cöhrəsi dərhal xoşuma gəldi, o çox yaraşıqlı və nəzakətli idi. Deyə bilərəm ki, münasibətlərimiz inkişaf edəcək, ümid edirəm ki, bu mənim Parisdə sonuncu tanqom olmayacaq”.

Pyer Sarkozi tanınmış hip-hop-prodüsser, musiqiçi və dijeydir, DJ Mosay ləqəbi ilə çıxış edir. O, musiqi ilə atası Fransanın prezidenti olmazdan əvvəl maraqlanmağa başlayıb.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım