Modern.az

Orxan Zeynalovun atası: “Mübariz Qurbanlı söz vermişdi...”

Orxan Zeynalovun atası: “Mübariz Qurbanlı söz vermişdi...”

30 İyun 2015, 11:01

“İşlərimi hələ yekunlaşdırmamışam. Bir həftə sonra məzuniyyətə çıxacam və Orxanın məsələsi ilə məşğul olmağa başlayacam”. Bunu Modern.az saytına Rusiyada həbsdə olan Orxan Zeynalovun atası Zahid Zeynalov bildirib.

Oğluna sonuncu dəfə mart ayında baş çəkdiyini deyən ata, telefonla danışmağa da icazə verilmədiyini açıqlayıb:

“Telefonla danışmağa icazə vermirlər. Amma mart ayında ona baş çəkmişəm. Ümumilikdə heç bir şikayəti yoxdur, vəziyyəti normaldır”.

Zahid Zeynalov “Orxanın Azərbaycana ekstradisiyası üçün hansı qurumlara müraciət etməyi düşünürsünüz” sualına cavab olaraq bildirib ki, məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən kömək gözləyir: “Çünki komitənin sədri Mübariz Qurbanlı Orxanla bağlı məsələdə əlindən gələni əsirgəməyəcəyinə söz vermişdi”.

Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulyovo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva Şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım