Modern.az

Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Təhsil

30 İyun 2015, 11:57



Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən, 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

TQDK-dan Modern.az-a bildirlib ki, 25 iyul 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, 17 may 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım