İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Suriyada cadugərliklə məşğul olan iki qadını edam edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qadınlara qarşı terrorçuların çıxardığı bu hökm Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor şəhərində yerinə yetirilib.
Məlumatda qeyd edilir ki, qadınlarla birgə onların ərləri də edam ediliblər. İŞİD-in bu dəhşətli cəzanı kəsməsinin səbəbi qadınların cadugərliklə məşğul olmasıdır.Modern.az