Modern.az

ABŞ-ın Əfqanıstandakı səfirliyini partlatdılar

ABŞ-ın Əfqanıstandakı səfirliyini partlatdılar

30 İyun 2015, 15:28


ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyinin yaxınlığında böyük partlayış baş verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

İnsident ABŞ səfirliyinin və Əfqanıstan Ali Məhkəməsinin yaxınlığında çox sayda insanın toplaşdığı zaman qeydə alınıb. Şahidlərin sözlərinə görə, partlayışı terrorçu-kamikadze törədib. Onun hədəfinin əcnəbi hərbçilərin konvoyunun olduğu bildirilib.

Hadisə zamanı ölənlərin və yaralananların olub-olmadığı hələ ki bilinmir.

Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım