Modern.az

Türkiyədəki səfirliyimiz Ənvər Paşanın nəvəsinin ittihamlarına cavab verdi

Türkiyədəki səfirliyimiz Ənvər Paşanın nəvəsinin ittihamlarına cavab verdi

30 İyun 2015, 15:38

 

“Osman Mayatəpək Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət etməyib və səfirlə görüşməyib”. Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Ənvər Paşanın nəvəsi Osman Mayatəpəkin səfirlə bir neçə dəfə görüşməsi və səfirliyə məktub ünvanlaması yalandır. “Onun cənab səfirlə görüşməsi həyata keçirilməyib. Belə bir müraciəti də olmayıb. Yəni, Osman Mayatəpək böhtan xarakterli bir açıqlama verib və həqiqətə uyğun deyil”.  

Qeyd edək ki, Osman Mayatəpək Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət etdiyini, hətta Ənvər Paşanın şəxsi əşyalarının bir qismini Azərbaycan dövlətinə hədiyyə etməklə bağlı təklif irəli sürdüyün də söyləyib.

O qeyd edib ki, səfirlə bir neçə dəfə tədbirlərdə ayaqüstü görüşməsinə və məktub ünvanlamasına baxmayaraq, cavab ala bilməyib.  

Aytən ZƏHRA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım