Modern.az

Xodorkovski merin qətlində ittiham olundu

Xodorkovski merin qətlində ittiham olundu

30 İyun 2015, 17:00


Rusiya İstintaq Komitəsi “YUKOS” neft şirkətinin keçmiş sahibi, keçmiş siyasi məhbus Mixail Xodorkovskini qətl sifarişində ittiham edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi  milyarder Xodorkovskinin 1998-ci ildə Nefteyuqansk şəhərinin meri Vladimir Petuxova qarşı baş tutan sui-qəsd hadisəsində açar şəxs olduğunu bildirib.  

“Bu və digər bir neçə ağır cinayətin sifarişçisi rolunda Mixail Xodorkovski çıxış edə bilər” – deyə rəsmi məlumatda deyilir.   Hazırda Qərbdə sığınacaq almış Xodorkovskinin vəkili bu ittihamları fantaziya adlandırıb.  

Vladimir Petuxovun qətlinə görə “YUKOS”şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşı Aleksey Piçuqin 2008-ci ildə ömürlük həbs cəzası almışdı.    

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım