Modern.az

Türkiyədə parlament sədri 1-ci turda seçilə bilmədi - YENİLƏNİB

Türkiyədə parlament sədri 1-ci turda seçilə bilmədi - YENİLƏNİB

30 İyun 2015, 20:28


Bu gün yerli vaxtla saat 15:00-da toplaşan Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında məclis sədri seçkisinin ilk iki turu başlayıb.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu turlarda namizədlərdən birinin seçilməsi üçün ən az 367 səs alması lazımdır.

Ədalət və İnkişaf Partiyasından (AKP) İsmet Yılmaz, Cümhuriyyət Xalq Partiyasından (CHP) Antalya millət vəkili Deniz Baykal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) İstanbul millət vəkili Ekmeleddin İhsanoğlu və Xalqların Demokratik Partiyasından (HDP) Mersin millət vəkili Dengir Mir Mehmet Firatın qatıldığı yarışda ilk iki turda nəticə gözlənilmir.

Sabah ediləcək üçüncü turda isə 276 səs qazanılmalıdır. İkinci turdan sonra namizədlərdən birinin geri çəkilməməsi halında üçüncü turda da nəticə alınmaya bilər. Dördüncü turda isə ən yüksək səs alan iki namizəd yarışacaq və ən çox səs alan sədr seçiləcək.  

***

Son məlumata görə, hakim AKP-nin namizədi İsmet Yılmaz 256, CHP-nin namizəd Deniz Baykal 125, MHP-nin namizədi Ekmeleddin İhsanoğlu və HDP-nin namizədi Dengir Mir Mehmet Fırat hərəsi 81 səs alıblar.     

Heç bir namizəd 367 səs toplaya bilmədiyindən 2-ci tur keçiriləcək. İkinci turda da seçilmək üçün 367 səs tələb olunur. Bu turda da qalib müəyyənləşməsə, iyulun 1-də 3-cü və ehtiyac yaranarsa, 4-cü turlar keçiriləcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım