Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:
polis general-leytenantı ali xüsusi rütbəsi:
polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə
polis general-mayoru ali xüsusi rütbəsi:
polis polkovniki Seyfulla Səttar oğlu Əzimova
polis polkovniki Əkbər Arif oğlu Yusifova.