Modern.az

Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib

Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib

1 İyul 2015, 14:19



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikası və Latviya Respublikasına rəsmi səfərə gedib.
Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z.Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.
Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım