Modern.az

Ramil Usubovun oğluna “İgidliyə görə" medalı verildi

Ramil Usubovun oğluna “İgidliyə görə" medalı verildi

1 İyul 2015, 15:31


Azərbaycan prezidenti İlham Əliyev bu gün Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib.

Modern.az-ın məlumatına görə, prezidentin təltif etdiyi polis əməkdaşlarından biri Azərbaycanın daxili işlər naziri Ramil Usubovun oğludur. Belə ki, ölkə başçısı polis polkovnik-leytenantı Usubov Raul Ramil oğluna “İgidliyə görə" medalı verdib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım