Modern.az

Rusiyada parlament seçkilərinin vaxtı dəyişdirildi

Rusiyada parlament seçkilərinin vaxtı dəyişdirildi

Təhsil

1 İyul 2015, 16:19


Rusiya Konstitutsiya Məhkəməsi Dövlət Dumasına keçirilən seçkilərin vaxtının 2016-cı ilin dekabrından sentyabr ayına keçirilməsi barədə qərar verib.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, parlament seçkilərinin qanunvericilklə nəzərdə tutulduğundan 3 ay tez keçirilməsi barədə təklifi Federasiya Şurası məhkəməyə təqdim edib.  

İyunun 24-dən dəyişikliyi nəzərə alan  Konstitutsiya Məhkəməsi qərarın ölkə konstitusiyasına zidd olmadığı barədə qərar verib.  

Qərarı aparıcı Duma fraksiyaları – “Vahid Rusiya”, “Ədalətli Rusiya” və “Liberal Demokrat” partiyaları dəstəkləyib.   Yalınz Kommunist Partiyası bu təşəbbüsün əleyhinə çıxıb.  

Hesab olunur ki, 2016-cı il dekbarın 4-də keçirilməli olan seçkilərin sentyabr ayına qədər gerilənməsi köhnə seçki vaxtının Rusiyanın 2016-cı il dövlət büdcə layihəsinin müzakirəsi ilə üst-üstə düşməsinə görədir.  

Seçki vaxtı dəyişdirildikdən sonra büdcə laiyhəsini dekabrda yeni tərkibdə seçilmiş Duma müzakirə edə biləcək.  

Sonuncu Duma seçkiləri 2011-ci il dekabrın 4-də baş tutub.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım