Əfqanıstan polisi briqada generalı Abdulla Samu 20 kiloqrama yaxın heroin qaçal malçılığı ittihamı ilə saxlayıb. Modern.az bildirir ki, bu məlumatı “Reuters” agentliyi Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Davlat Vaziriyə istinadən yayıb.
General heroini avtomobilində aparakən yaxalanıb. Həmin avtomobildə onun sürücüsü və mühafizəçisi də olub.BMT-nin narkotiklərlə mübarizə idarəsinin məlumatına görə, Əfqanıstan dünyada heroin istehalı (77 faiz) lideridir. Narkotik ticarəti Ifqanıstan hakimiyyəti və yerli cinayətkar qruplaşmalarla savaşan “Taliban” qruplaşmasının əsas gəlir mənbəyindən biridir.
Modern.az