ABŞ prezidenti Barak Obamanın Kubanın lideri Raul Kastroya ünvanladığı məktubda qeyd edilir ki, bu ölkənin Kubadakı və Kubanın ABŞ-dakı səfirliyi iyulun 20-də açılacaq. Modern.az xarici KİV-ə istinadən bildirir ki, məktubu Kuba Xarici İşlər Nazirliyinə ABŞ-ın maraqlar bölməsinin rəhbəri Ceffri de Lorentis təqdim edib.
Məktubda iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunmasından bəhs edilir.
Modern.az