Modern.az

Rusiyalı jurnalist Ukraynadan qovuldu

Rusiyalı jurnalist Ukraynadan qovuldu

Təhsil

1 İyul 2015, 21:38


Rusiyanın “Birinci kanalı”nın jurnalisti Aleksandre Çerepninanın 3 il ərzində Ukrayna ərazisinə girməsinə qadağa qoyulub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

“Bu gün ölkədən çıxarılan “Birinci kanal”ın jurnalisti Aleksandra Çerepninaya 3 il Ukrayna ərazisinə daxil olmaq qadağası tətbiq edilib”, - məlumatda bildirilir.

Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, jurnalistin ölkədən çıxarılmasının səbəbi onun Ukrayna əleyhinə destruktiv fəaliyyəti olub. Mətbuat xidmətində əlavə ediblər ki, xanım jurnalist səhnələşdirilmiş süjetlər çəkməklə məşğul olub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım