İsrailin güc strukturları İordan çayının Qərb sahilinin böyük hissəsində Fələstin islamçıları hərəkatının infrastrukturunu bərpa etməyə cəhd göstərən HAMAS-ın 40-a yaxın fəalını saxlayıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ordu və xüsusi xidmətin əməliyyatı Qərb sahilinin HAMAS özəklərindən təmizlənməsi ilə bağlı genişmiqyaslı təmizliyindən təxminən bir il sonra baş tutub. O zaman İsrailin bu addımı Fələstin radikallarının 3 israilli yeniyetməni öldürməsi ilə bağlı olub.
Məlumatda qeyd edilir ki, İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti HAMAS-ın Nabluse şəhərində terrorçuların infrastrukturunu bərpa etmək cəhdinin qarşısını alıb. Nəticədə 40-a yaxın HAMAS fəalı saxlanılıb.