Modern.az

Türkiyə polisi İŞİD-in 7 üzvünü saxlayıb

Türkiyə polisi  İŞİD-in 7 üzvünü saxlayıb

Təhsil

1 İyul 2015, 23:30


Türkiyə polisi bu gün keçirdiyi xüsusi əməliyyatlar nəticəsində  İŞİD terror qruplaşmasının  7 üzvünü saxlayıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  əməliyyat İzmir, İsparta və Ərzurum əyalətlərində həyata keçirilib.   

İŞİD silahlılarının Suriyadan Türkiyəyə qayıtması xəbərini alan polis operativlik göstərərək belə bir əməliyyatı gerçəkləşdirib.

Məlumatda həmçinin saxlanılanlardan iki tapança,  İŞİD-ə məxsus bayraqlar və radikal məzmunlu ədəbiyyat götürüldüyü bildirilir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım