Modern.az

Bakı metrosunda stansiyaların adlarını xarici dildə səsləndirən qız ingilisdir

Bakı metrosunda stansiyaların adlarını xarici dildə səsləndirən qız ingilisdir

2 İyul 2015, 13:18


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 1-ci Avropa Oyunları zamanı ölkəmizə çoxsaylı turistlərin gəlməsini nəzərə alaraq, qonaqların çətinlik çəkməməsi üçün stansiyaların adının ingilicə səsləndirilməsini təmin edib. Lakin bir çox yerli sərnişinlər stansiyaların adlarının inigiliscə səsləndirilməsinə ağız büzürlər. Hətta anons zamanı bu səsləndirməyə gülənlər də olur.
Bir çoxları da iddia edir ki, səsləndirmə dügün deyil, hansısa proqram vasitəsilə tərcümə edilərək yazılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına bununla bağlı açıqlama verib:

“Qatarlarda səsləndirilən anonslarda Azərbaycan dilində səsləndirmələr Azərbaycan dilini bilənlər, ingilis dilində səsləndirmələr isə Azərbaycan dilini bilməyən xarici vətəndaşlar üçündür”.

Qurum rəsmisi məsələ ilə bağlı hər hansı narazılıq olmadığını qeyd edib: “İndiyə qədər bir nəfər də olsun xarici vətəndaş bizə müraciət edərək anonsları başa düşməkdə çətinlik çəkdiyini bildirməyib”.

Anonsları səsləndirənin kimliyinə gəlincə, N.Paşayev anonsları ingilis dilində səsləndirən xanımın milliyətcə ingilis olduğunu vurğulayıb. Həmçinin stansiyaların ingilscə anonslarının heç vaxt ləğv edilməyəcəyini bildirib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım