Modern.az

“Gənc İstedadlar” liseyinin şagirdləri Qubada - FOTO

“Gənc İstedadlar” liseyinin şagirdləri Qubada - FOTO

Təhsil

2 İyul 2015, 14:25

Bakı Dövlət Universitetinin «Gənc İstedadlar» liseyinin 5b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın başçılığı ilə universitetin Qubanın II Nügədi kəndində yerləşən Tədris-Tərcübə və İstirahət Mərkəzində olublar.

Modern.az xəbər verir ki, şagirdlərə mərkəz haqqında məlumat verildikdən sonra onlar kitabxana, dərs otaqları, idman və akt zallarında olublar.

Universitetin coğrafiya, geologiya, biologiya, ekologiya və torpaqşünaslıq fakültəsinin mərkəzdə təcrübədə olan tələbələri ilə söhbət edən şagirdlər, eyni zamanda Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!