Modern.az

Gürcüstana gedənlər arasında azərbaycanlılar ikinci yerdədir - STATİSTİKA

Gürcüstana gedənlər arasında azərbaycanlılar ikinci yerdədir - STATİSTİKA

2 İyul 2015, 14:59



2015-ci ilin yanvar-iyun aylarında Gürcüstana xarici ölkələrdən gələnlərin sayı 2 milyon 332 min 303 nəfər olub. Modern.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Məlumatda qeyd edilir ki, gələnlərin 853 min 605 nəfəri turist olub, 536 min 918 nəfər bu ölkədən tranzit kimi istifadə edib. Bu ilin iyun ayında Gürcüstana 496 min 798 nəfər gəlib ki, bu da 2014-cü ildəkindən 9,3 faiz çox olub. İlk yerdə Türkiyə vətəndaşlarıdır. Ardınca Azərbaycan, Ermənistan, Rusiya və Ukrayna vətəndaşları gəlir.

Avropa İttifaqı ölkələri arasında liderlik Litva, Almaniya, Çexiya, Böyük Britaniya və Hollandiyaya məxsusdur.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım