Modern.az

Sabir Rüstəmxanlıya Füzulinin misrası ilə CAVAB: “Aldanma, şair sözü əlbəttə, yalandır”

Sabir Rüstəmxanlıya Füzulinin misrası ilə CAVAB: “Aldanma, şair sözü əlbəttə, yalandır”

2 İyul 2015, 15:25


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirib ki, Milli Şura dağılmış vəziyyətdədir.

Milli Şuranın sədri Cəmil Həsənli Modern.az saytına bu məsələyə münasibət bildirmək istəmədiyini deyib: “Bu onun öz fikridir. Mənim heç bir sözüm yoxdur”. 

Milli Şuranın üzvü Eldəniz Quliyev isə VHP sədrinin fikirlərinə münasibət bildirib: “Sabir müəllimə Füzulinin bir misrası ilə cavab olaraq deyirəm: “Aldanma şair sözü əlbəttə, yalandır”. Onun Milli Şura haqda dediyini çox subyektiv fikir adlandırıram”.

Milli Şuranın parlament seçkilərinə ayrıca siyahı ilə gedə bilməyəcəyi məsələsinə gəlincə, Eldəniz Quliyev bildirib ki, bu da şairin öz fikridir:

“Sabir Rüstəmxanlı da hamı kimi bu məsləyə obyektiv baxmır. Milli Şuranın seçkidə iştirak edib-etməməyi hələ də sual altındadır. Şura Azərbaycanda seçkinin ədalətli, obyektiv, demokratik və şəffaf keçirilməsi prizmasından təkliflərini və tələblərini müzakirə edib ictimai rəyə çatdıracaq. Əgər şuranın bu tələbləri həyata keçməsə, şura seçkidə iştirak etməmək hüququnu da özündə saxlayır”.

Sevinc Yasinqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım