Modern.az

ATU-da dil-treninq təlimlərinə hazırlıq başlandı

ATU-da dil-treninq təlimlərinə hazırlıq başlandı

2 İyul 2015, 16:58

Azərbaycan Tibb Universitetində (ATU) TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) dil-treninq təlimlərinə hazırlıq başlanıb.  Belə ki, layihə çərçivəsində ATU-da yeni avadanlıqlarla təchiz olunmuş otaq yaradılıb. Bu otaqda yeni multimediya sistemi quraşdırılıb, tədrisin müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.

Modern.az-ın məlumatına görə, ATU – nun  rektoru,  akademik Əhliman Əmiraslanov  bu gün yeni yaradılan otaqla tanış olub. O, gələcəkdə Tibb Universitetində  daha  bir belə otağın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: "ATU da sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim universitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə xarici dil tədrisinin səviyyəsini yüksəltməkdir".


Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım