Modern.az

Qaraçılar doğum evinə hücum etdilər

Qaraçılar doğum evinə hücum etdilər

2 İyul 2015, 21:39


Nijni Novqoroddakı doğum evində Kulik İ.nin doğuş zamanı ölməsi ilə bağlı müstəntiqlər araşdırmaya başlayıb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qadının vaxtından əvvəl ağrıları başladığı səbəbindən əməliyyata götürülüb və doğuş zamanı ürəyi dayanıb.

Müstəntiqlər qeysəriyyə əməliyyatında iştirak edən həkimlərin hərəkətlərini araşdıracaq, eləcə də hamiləlil dövründə qadına nəzarət edən mütəxəssisləri dindirəcəklər.

Ölən qaraçı qadının qohumları bu hadisəyə görə qəzəbləniblər.

Bu səbəbdən 40-a yaxın adam doğum evinə hücum çəkərək həkimləri döyüblər, kompüterləri sındırıblar. Hadisə zamanı baş həkim, onun müavini, anestezioloq və tibb bacısı xəsarət alıblar. Hücuma görə binanın digər hissəsindəki xəstələr, tibb işçiləri evakuasiya ediliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə xəbər veriləndən 40 dəqiqə sonra gəliblər. Buna qədər həkimlər özləri qəzəblənən qaraçıları sakitləşdirə biliblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...