Modern.az

Depressiyadan əziyyət çəkən gənc qadın evtanaziyaya razılıq aldı

Depressiyadan əziyyət çəkən gənc qadın evtanaziyaya razılıq aldı

2 İyul 2015, 22:32


Belçikada bir neçə ildir depressiyadan əziyyət çəkən 24 yaşlı qadın evtanaziyaya razılıq ala bilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Laura adlı qadında ölümcül xəstəlik aşkarlanmasa da, onunla görüşə gediblər. 

Belçikalı xanımın sözlərinə görə, 6 ildir intihar  düşüncələri onu tərk etməyib. O 21 yaşında əsəb klinikasının pasiyenti olandan sonra bir neçə dəfə özünü öldürməyə cəhd edib.

Həyatdan köçmək haqqına nail olan qadın artıq həmin günü də seçib və öz dəfnini planlaşdırıb.   Məlumata görə, alkoqoldan əziyyət çəkən anası Lauranı 1 yaşı olanda tərk edib. Atası da içki içib onunla pis davranırmış.

Belçikada evtanaziyaya 2002-ci ildə icazə verilib. 2014-cü ildə Belçika kralı ölümcül xəstəliyə yoluxan uşaqların da evtanaziyasına razılıq verən qanun layihəsini imzalayıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...