Modern.az

Oyundan əvvəl stadionda bomba tapıldı

Oyundan əvvəl stadionda bomba tapıldı

3 İyul 2015, 01:15


Bu axşam Qazaxıstan təmsilçisi ilə oynanacaq UEFA Avropa Liqası 1-ci ön seçmə turu oyununa hazırlaşan Serbira Super Liqasının “Kızılyıldız” futbol klubunun Rajko Mitic stadionunun damında əl bombası tapılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Serbiyanın Daxili İşlər Nazirliyi “Kızılyıldız” ilə Qazaxıstan təmsilçisi “Kayrat” arasında bu axşam saat 23:45-də oynanacaq UEFA Avropa Liqası 1-ci ön seçmə turu matçı ərəfəsində keçirilən adi nəzarətlər zamanı stadionun damında paslanan əl bombası tapıldığını təsdiqləyib.

Stadionun şimal-şərq tribunanın damında yerləşən əl bombası zərərsizləşdirilmək üçün etibarlı bir yerə aparılıb. Serbiya polisi hadisə ilə bağlı araşdırmalar aparır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...