Modern.az

ABŞ səfirliyi Siyavuş Novruzova dəvatnamə göndərməyib

ABŞ səfirliyi Siyavuş Novruzova dəvatnamə göndərməyib

3 İyul 2015, 10:56

Dünən Amerika Birləşmiş Ştatları (ABŞ) öz müstəqilliyinin 239-cu ilini qeyd edib.

Bununla bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyində təşkil olunan tədbirdə bir sıra xarici və yerli qonaqlar iştirak edib.

Əvvəlki illərdən fərqli olaraq, builki müstəqillik bayramında səfirliyə dəvət alan Azərbaycan dövlət və hökumət nümayəndələri az gözə çarpıblar.

YAP funksioneri, millət vəkili Siyavuş Novruzov bildirib ki, tədbirdə iştirak dəvətnamə ilə olduğu üçün yalnız seçilmiş insanlar orada olublar. “Həmin tədbirə dəvətnamə ilə qatılmaq mümkündür. Kimi dəvət ediblərsə onlar da iştirak ediblər. Mənə də dəvətnamə göndərilməyib”.

Aytən ZƏHRA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...