Modern.az

Nigeriyada QƏTLİAM: 145 nəfər öldürüldü

Nigeriyada QƏTLİAM: 145 nəfər öldürüldü

Təhsil

3 İyul 2015, 11:17



Boko Xaram yaraqlılarının Nigeriyanın şimal-şərqindəki Borno ştatının üç kəndinə qanlı reydi zamanı ən azı 145 nəfər öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sakinlər bildiriblər ki, təkcə Kukava kəndində radikallar 97 nəfəri qətlə yetiriblər.

Boko Xaram radikal qruplaşması qəddarlığı və barışmazlığı ilə məşhurdur. Bu qruplaşma 2014-cü ildə “qızlar məktəbi tərk etməli və ərə getməlidirlər” təklifi ilə 270 xristian məktəbli qızı oğurlayıb. Məktəblilər geri qayıtmayıblar, yalnız 14 qız qaçmağa nail olub. ABŞ Dövlət Departamenti qruplaşmanı terrorçu təşkilatlar siyahısına daxil edib.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...