Modern.az

Bu axşam Yerevanda böyük aksiya keçiriləcək

Bu axşam Yerevanda böyük aksiya keçiriləcək

3 İyul 2015, 16:07


“Soyğunçuluğa yox!” hərəkatının fəalı Maksim Sarqsyan bəyan edib ki, bu gün axşam Yerevanda böyük aksiya keçirilməsi nəzərdə tutulur.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, elektrik enerjisinin qiymətinin artırılmasının əleyhinə olanlar Yerevanın mərkəzində yürüş təşkil edəcəklər.

Sarqsyanın sözlərinə görə, fəallardan biri yürüşün keçirilməsi üçün artıq müraciət edib və aksiya razılaşdırılacaq.

Aksiyanın təşkilatçıları ümid edirlər ki, yürüş son zamanlar sayı azalan etiraz iştirakçıları Yerevanın küçələrinə qayıdacaqlar.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...