Norveçin Eydsvolle şəhərindəki qocalar evindən 92 yaşlı qadın qaçıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə. Müəssisənin əməkdaşları bu barədə polisə müraciət ediblər. Ancaq axtarış dayandırılıb, məlum olub ki, norveçli qadın isveçli boyfrendi naminə qocalar evini tərk edib. Qadın 87 yaşlı sevgilisi ilə Stokholma gedib.
Qocalar evinin rəhbəri Yanka Xolstad deyib ki, qaçan qadın qanunsuz heç bir iş görməyib. Onun sözlərinə görə, yalnız qadının xəbər vermədən gedişi onları narahat edib.
Modern.az