"PAŞA Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə Mir Camal Paşayev təyin olunub.
Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub. Müşahidə Şurasında daha bir dəyişiklik ondan ibarətdir ki, Arif Paşayev Şuranın üzvlüyündən çıxarılıb.Hazırda bankın Müşahidə Şurasının üzvləri bunlardadır: Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı, Kəmalə Nuriyeva.
İdarə Heyətinin sədri Taleh Kazımovdur. İdarə Heyətinin üzvləri Emil Hacıyev, Şirin Əliyeva, Aydın Atakişiyevdir.
Bankın səhmdarları iki hüquqi şəxs: "PAŞA Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxs: Arif Paşayevdir (10%). (Apa)