Dövlət Duması ikinci, əsas oxunuşda federal parlament seçkilərinin dekabr ayından 2016-cı ilin sentyabr ayının üçüncü bazar gününə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, sənəddə eyni zamanda yeddinci çağırışda Dövlət Dumasına, eləcə də dövlət və yerli özünüidarəetmə orqanlarına seçilməyəcək deputatlara maliyyə və sosial təminat verilməsi nəzərdə tutulur.Qanun layihəsi müzakirəyə Aşağı Palatının spikeri Sergey Narışkinin, eləcə də Dumadakı 3 fraksiya rəhbərinin – Vladimir vasilyev (“Vahid Rusiya”), Vlaimir Jirinovski (Rusiya Liberal-Demokrat Partiyası) və Sergey Mioronov (“Ədalətli Rusiya”) təşəbbüsü ilə çıxarılıb.
Modern.az