Rusiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Krasnodar diyarının Kuşevski rayonunda düşərək partlayıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, pilot xəsarət almasa da, təyyarə tamamilə dağılıb.
MiQ-29-un düşdüyü əraziyə axtarış qrupu gedib. İnsidentin səbəbi araşdırılır.Modern.az