Modern.az

İspaniyada 35 nəfərlik gürcü mütəşəkkil dəstə həbs olunub

İspaniyada 35 nəfərlik gürcü mütəşəkkil dəstə həbs olunub

Təhsil

4 İyul 2015, 11:16


İspaniya polisinin keçirdiyi böyük miqyaslı xüsusi “təmizlik” əməliyyatı zamanı “qanuni oğru” Zviad ləqəbli Zviad Darsadze də olmaqla gürcülərdən ibarət 35 nəfərlik mütəşəkkil cinayətkar qruplaşma yaxalanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əməliyyatdan əvvəl polisin apardığı araşdırma zamanı məlum olub ki, İspaniyada mənzillərdən oğurluq edən

Kutaisidən olan 42 yaşlı “qanuni oğru”nun rəhbərlik etdiyi böyük quldur dəstəsi meydan oxuyur. Rəsmi məlumata görə, cinayətkar qruplaşmanın üzvləri oğurladıqları qızıl-zinət əşyalarını bir neçə məntəqədə sataraq əldə etdikləri pulu bir yerə toplayıblar. Bundan əlavə, mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri çirkli pulların yuyulması, vergidən yayınma və qanunsuz narkotik dövriyyəsində də ittiham olunurlar.

İspaniyada bu böyük miqyaslı əməliyyatın keçirilməsi üçün bir il hazırlıq gedib.

Yaxalanan dəstə üzvlərindən qiymətli zinət əşyaları, 100 min avro nağd pul, tapança və oğurluğu həyata keçirmək üçün müxtəlif alətlər götürülüb.

Digər məlumata görə, dəstə təkcə Valensiya və Madriddə yox, Basklar Ölkəsi və Mursiya muxtar ərazilərində də fəaliyyət göstərib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir