Bunu Modern.az saytına açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
O, "Kapital Bank"ın Abşeron filialına edilən silahlı basqınla bağlı təfərrüatları açıqlayarkən bildirib ki, mühafizəçi içəridə sürücü inkassatoru aşkar edib.
"Sürücü inkassatoru Hikmət Əliyev üzərində gəzdirdiyi bıçaqla mühafizəçinin üzərinə hücum çəkib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin əlindəki tabel silahı açılıb və güllə mühafizəçinin dizini yaralayıb.
Mühafizəçinin yaralanmasından istifadə edən sürücü inkassator hadisə yerindən qaçmağa müvəffəq olub.
Buna baxmayaraq dərhal hadisə yerinə gələn Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Əliyevi yaxalayaraq istintaqa təhvil veriblər”,-deyə Ehsan Zahidov qeyd edib.
Modern.az