Tam 75 il evli olan cütlük bir-birlərinə sarılaraq bir neçə saat fərqlə həyata gözlərini yumdular.
Modern.az bildirir ki, “Daily Mail”in xəbərinə görə 8 yaşında bir-birinə aşiq olan kaliforniyalı Jeanette Toczko və Aleksandr Toczko cütlüyü 1940-cı ildə evlənib və 5 uşaqları olub. Müharibə qazisi olan 95 yaşındakı Aleksandrın sağlamlığı bir neçə həftə əvvəl ombasını qırınca pisləşib.
Dərhal ardından 96 yaşındakı həyat yoldaşı Jeanette də xəstələnib və cütlük yatağa düşüb. Uşaqlarına son istəkləri olaraq bir-birlərinin qollarında ölmək istədiklərini söyləyən ərlə arvadın bu istəyi yerinə yetirilib.
Cütlük bir-birindən bir neçə saat fərqlə əl-ələ tutaraq həyata gözlərini yumub.
Modern.az