Modern.az

“Der Spiegel”dən ABŞ kəşfiyyatına İTTİHAM

“Der Spiegel”dən  ABŞ kəşfiyyatına İTTİHAM

4 İyul 2015, 14:57


Son zamanlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və  Milli Təhlükəsizlik Agentliyinin Almaniyada dinləmələr həyata keçirdiyi haqqındakı iddialar dünya mətbuatının gündəmindən düşmür.

Modern.az saytıının məlumatına görə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri belə bir iddia irəli sürüb ki, Amerikanın xüsusi xidmət orqanları onların əməkdaşlarının fəaliyyətini də izləyib. 

Qəzetin məlumatına görə 2011-ci ildə Almaniya kanslerinin xüsusi xidmət orqanları ilə  fəaliyyətini koordinasiya edən Günter Xaysa Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi bildirib ki, adıçəkilən media orqanı hakimiyyətlə sıx təmasdadır.  

“Der Spiegel” məsələ ilə bağlı ölkənin Baş Prokurorluğundan araşdırma aparmağı tələb edib.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...