Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı hərbi hissələrdən birində 20 yaşlı hərbçi yaralanıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, iyulun 4-də saat 01:30-da Dağlıq Qarabağın şimal-şərqindəki hərbi hissələrdən birinin döyüş dayaq məntəqəsində Arsen Xaçatryan güllə yarasından xəsarət alıb.
Ermənistan tərəfinin iddiasına görə, əsgərin yaralanmasına səbəb Azərbaycan ordusunun atəş açması olub.
Modern.az