Modern.az

Obamanın nənəsi ona bişirəcəyi yeməkləri açıqladı

Obamanın nənəsi ona bişirəcəyi yeməkləri açıqladı

4 İyul 2015, 23:09


ABŞ prezidenti Barak Obamanın Keniyadakı nənəsi nəvəsi üçün ölkəyə səfəri zamanı ənənəvi yeməklər hazırlamağa söz verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Mama Sara” ona balıq, toyuq, eləcə də maisdən sıyıq bişirəcək.

“Barak senatordur, yaxud prezidentdir, fərqi yoxdur.  O, mənim onun üçün hazırladığımı yeyəcək”, - nənə qeyd edib. Sara Obama Barak Obamanın ata tərəfdən babasının üçüncü arvadıdır. O, Obamanın qan qohumu hesab edilməsə də, prezident ona “nənə” deyir.

Obama Keniyaya 2009-cu ildə prezident seçiləndən sonra ilk dəfə gedəcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...