İyunun 6-da saat 21:00-a qədər hakimiyyət Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin minimum bir tələbini yerinə yetirməlidir.
Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu bəyanatla “Soyğunçuluğa yox!” təşəbbüs qrupunun üzvlərindən biri David Sanasaryan çıxış edib. Mitinqə yığışanlar onun təklifini alqışlayıblar.
Tələb yerinə yetirilməyəcəyi təqdirdə nümayişçilər “Bir addım irəli” aksiyasına başlayacaqlar. “Hər gün saat 21:00-da, əgər biz tələblərimizə cavab almayacağıqsa, barrikadada istifadə etdiyimiz zibil yeşiklərini bir addım irəli itələyəcəyik”, - Sanavasaryan bəyan edib.O, əlavə edib ki, nümayişçilər döyüşə çıxıblar, ancaq bu dinc mübarizədir, həlledici mərhələyə aparır.
Sanavasyan tələblərini də sadalayıb:
- Elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı anti-sosial qərarı ləğv etmək,
- İyunun 23-də dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiq edənləri cəzalandırmaq,
- Elektrik enerjisinin qiymətini əvvəlki kimi saxlamaq.