Modern.az

Kamikadze qız özünü partlatdı: ən azı 15 nəfər öldü

Kamikadze qız özünü partlatdı: ən azı 15 nəfər öldü

5 İyul 2015, 23:59



Nigeriyada kilsədə ibadət zamanı qızın özünü partlatması nəticəsində ən azı 15 nəfər həlak olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 5-də ölkənin şimal-şərqində yerləşən Potiskum şəhərindəki Yevangel kilsəsində çoxsaylı ibadətçi olan zaman qeydə alınıb.

Partlayış zamanı ölənlərdən biri də kilsənin pastorudur. Nigeriyada son bir həftədə bir-birinin ardına baş verən partlayışlarda 200-ə yaxın adam ölüb. Bu hücumların təşkilində “Boko Haram” qruplaşması ittiham olunur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...