Modern.az

Bu gün futbol var: Avstriya-Azərbaycan

Bu gün futbol var: Avstriya-Azərbaycan

8 Oktyabr 2010, 11:52
Bu gün futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Modern.az-ın məlumatına görə, qrupda ilk oyununu səfərdə Almaniya ilə keçirən və 1:6 hesablı məğlubiyyət alan Azərbaycan millisi ikinci oyununu da rəqib meydanında keçirəcək - Avstriya ilə.

Avstriya da qrupda bir oyun keçirib – rəqibimiz ötən tur Qazaxıstana 2:0 hesabı ilə qalib gəlib.

Matç Bakı vaxtı ilə saat 23:30-da Vyana şəhərindəki Ernst Happel stadionunda başlayacaq.

Oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim:
Nikolay Vollkvarts
Baş hakimin köməkçiləri:
Torben Yensen, Henrik Kristensen
Dördüncü hakim:
Kenn Hansen (Hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor: Mişel Vautrot (Fransa)
UEFA nümayəndəsi:
Dumitru Mihalaçe (Rumıniya).

Avstriya: Yurqen Maço, Florian Klayn, Sebstyan Predl, Aleksandar Draqoviç, Kristian Fuks. Marko Arnautoviç, Frans Şimer, Roland Linz, Martin Harnik, Zlatko Yunuzoviç, Ştefan Mayerhofer.

Azərbaycan: Kamran Ağayev, Rail Məlikov, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Elnur Allahverdiyev, Samir Abbasov, Elvin Məmmədov, Mahir Şükürov, Vaqif Cavadov, Vüqar Nadirov.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi