Modern.az

“Mühacirlərlə bağlı sensasiyalı açıqlamanı Avropadan verəcəyəm” – Səxavət Əlisoy

“Mühacirlərlə bağlı sensasiyalı açıqlamanı Avropadan verəcəyəm” – Səxavət Əlisoy

6 İyul 2015, 11:24


Bir müddət əvvəl Müsavat Partiyasının müəyyən pul müqabilində saxta arayışla öz üzvlərini mühacirətə göndərməsi ilə bağlı ittihamlar irəli sürüldü. Lakin partiya bu ittihamları rədd etdi.

Müsavat Partiyası başqanının sabiq müşaviri (İsa Qəmbərin) Səxavət Əlisoy isə mühacirlərlə bağlı sensasiyalı açıqlamalar olacağı barədə məlumat vermişdi.

Modern.az saytı Səxavət Əlisoydan bu açıqlamaların nə vaxt olacağa ilə maraqlanıb.

O, iyul ayının sonlarında Avropaya gedəcəyin bildirib:

“Səfərdən dönəndən sonra, bəlkə də elə Avropada olduğum zaman mühacirlərlə bağlı açıqlamalar verəcəyəm. Özümdə mühacirlərlə bağlı kifayət qədər məlumat var. Sadəcə, bunları indi açıqlamaq istəmirəm”.

Yeganə OQTAYQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...