Modern.az

Nazarbayevin ad günüdür: Millətin Atası 75 yaşına çatdı - FOTOLAR

Nazarbayevin ad günüdür: Millətin Atası 75 yaşına çatdı - FOTOLAR

6 İyul 2015, 12:39

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 75 illik yubileyini qeyd edir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu gün Astananın da 17 illiyi qeyd edilir. Bu şəhərə paytaxt statusu dövlət başçısının təşəbbüsü ilə verilib.

2008-ci ildə bu şəhər günü bayram statusu alıb – paytaxt günü bütün ölkədə istirahət günü kimi qeyd edilir. Ölkədəki muzeylərin çoxunda bu gün prezidentin yubileyinə həsr edilən sərgi təşkil olunub.

Nazarbayev özü etiraf edib ki, ad gününü yaxşı əhval-ruhiyyə ilə qeyd edir: “Allaha şükür, bizim ölkəmizdə sabitlikdir”.

Nazarbayev ölkənin birinci şəxsi postunda 1989-cu ildən oturub. 2010-cu ildə ona rəsmən Millətin Atası statusu veriblər. O, keçmiş SSRİ respublikaları arasında yaşına və hakimiyyətdə olmaq rekorduna görə iki nəfərdən biridir. Ondan qocası yalnız Özbəkistan prezidenti İslam Kərimovdur.














Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...