Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah-iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.
Bakıda havanın temperaturunun gecə 20-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
İyulun 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Modern.az