Modern.az

Görmə qabiliyyətini itirmiş uşaqlar üçün yeni mərkəz yaradılıb

Görmə qabiliyyətini itirmiş uşaqlar üçün yeni mərkəz yaradılıb

6 İyul 2015, 15:00


Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində görmə qabiliyyəti itirilmiş və  zəif olan uşaqlar  üçün Dil kurslarının təşkili və İnformasiya  Mərkəzi yaradılıb.

Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının maliyyə və texniki dəstəyi ilə Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi tərəfindən  bu günlərdə Görmə qabiliyyəti itirilmiş və  zəif olan uşaqlar  üçün Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində Dil kurslarının təşkili və İnformasiya   yaradılıb.

Modern.az-ın məlumatına görə, layihə eyni adlı  layihə çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində bu mərkəzdə Şəmkir rayonu ərazisində yaşayan görmə qabiliyyəti itirilmiş və  zəif olan   uşaqlar və gənclər üçün  təşkil olunmuş müxtəlif treyninqlərdə psixoloji, informasiya, kompyuter bilgiləri verilir.

Layihə çərçivəsində Mərkəzin əməkdaşları, bu uşaqların valideynləri üçün də maarifləndirici  və bilgiləndirici treyninqlər keçirilmişdir. Mərkəz görmə qabiliyyəti itirilmiş və   zəif olan   uşaqlar və gənclərin istifadə etmələri üçün xüsüsi JAWS proqramı yüklənmiş kompyuter, xüsusi qulaqcıqlar  və digər  vacib avadanlıqlarla təmin edilib.

Layihəni icra edən işçi heyyəti  və respublikanın bu sahədə tanınmış ekspertləri tərəfindən    maarifləndirici bukletlər, lifletlər, broşur və  paylama materialları hazırlanmış və  Mərkəzə təqdim edilib.

Treninqlər zamanı da bu materiallardan istifadə edilib. Layihənən əsas məqsədi ölkəmizin harasında yaşamasından asılı olmayaraq  görmə əngəlli uşaqların  və gənclərin cəmiyyətə tam və səmərəli  inteqrasiyasına nail olmaqdır. Layihə  bu ilin aprel ayından çox uğurla başlamış  bu  layihə avqust ayında yekunlaşacaqdır.

Layihədə  bir neçə il bundan öncə görmə əngəlli uşaqların  və gənclər üçün   F. Köçərli adına  Respublika Uşaq Kitabxanasında yaradılmış Mərkəzin təcrübəsindən də istifadə edilmişdir.  Layihə haqqında rayon  ictimaiyyətinə müvafiq və aidiyyatı dövlət qurumlarına  məlumat verilib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...