Modern.az

İŞİD bayrağı ilə gəzən şəxs Londonda aranı qarışdırdı - FOTOLAR

İŞİD bayrağı ilə gəzən şəxs Londonda aranı qarışdırdı - FOTOLAR

6 İyul 2015, 16:21

İngiltərənin paytaxtı Londonda parlament binasının yaxınından kürəyində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının bayrağı ilə gəzən şəxs mübahisə yaradıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan şəxs heç bir qanuna zidd hərəkət etmədiyi üçün buraxılıb. Həmin şəxsin tutulmaması ictimai mediada minlərlə adamın reaksiyasına səbəb olub. Sosial mediada tez-tez paylaşılan fotoşəkildə kürəyindəki kiçik qızla birlikdə gedən şəxs tracker qrupunun yanından keçərkən görülür.

Big Ben saat qülləsinin qarşısından keçərkən görülən şəxsin kürəyindəki kiçik qızın əlində də eyni bayraq var.





 Sevinc YASİNQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...