Modern.az

İyulun sonuna kimi Müsavatda Gənclər Təşkilatına yeni sədr seçiləcək

İyulun sonuna kimi Müsavatda Gənclər Təşkilatına yeni sədr seçiləcək

6 İyul 2015, 16:27

Modern.az saytına açıqlama verən Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov deyib ki, yeni sədrin kimin olacağını indidən demək düzgün deyil:

“Əhliman Abbaslı Müsavat Gənclər Təşkilatından istefa verdikdən sonra təşkilat komitəsi yaradılıb. Komitə hazırda konfransın hazırlıq işləri ilə məşğuldur. Artıq bütün rayon təşkilatlarında gənclər özəyi yaradılması ilə partiya rəhbərliyi keçən həftə göstəriş verib. Özəy 5 nəfərdən ibarət olacaq. Yəqin ki yaxın zamanlarda yerlərdə, bölgələrdə və təşkilatlarda gənclər özəyi yaradılıb qurtardıqdan sonra Müsavat Gənclər Təşkilatının konfransı keçiriləcək. Bu ayın sonunda bütün proses başa çatacaq. Ondan sonra yeni sədr də seçiləcək.

Hesab edirəm ki, iddialı namizədlər seçkidə iştirak edəcək. Partiyada kifayət qədər potensiallı, səviyyəli və intellektual gənclərimiz var. Yəqin ki, onların arasından biri sədr seçiləcək. Yeni sədrin seçilməsi gənclərin səlahiyyətində olan bir məsələdir. Ümid edirik ki, çox uğurlu bir təşkilat qurulacaq, layiqli namizəd də qalib olub təşkilata sədrlik edəcək. Bu ayın sonuna kimi yeni sədr seçiləcək. Amma hələ ki, yeni sədrin kimin olacağını indidən demək düzgün deyil”.

Sevinc Yasinqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...